Eldar Mahmudov barəsində cinayət işinin başlanması barədə xüsusi qərar verildi


Ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilib.

1448369001_47072

İyulun 10-da Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında belə hökm çıxarıb.

Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, həmçinin istintaq dövründə üzərinə həbs qoyulmuş bir sıra əmlakları da müsadirə olunub.

 

1 MİLYON 200 MİNLİK ƏMLAK MÜSADİRƏ OLUNUB

Cinayət işinin materiallarına görə, Vüsal Ələkbərovun həyat yoldaşı Şəhla Ələkbərovanın adına olan, Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Hökmə görə, Vüsal Ələkbərovun əmlakı zərərçəkmiş Akif Qurbanova (13-cü polis bölməsinin sabiq rəisi Vüsal Qurbanovun atası – red.) dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Digər zərərçəkmişlərin mülki iddiası təmin edilməyib.

 

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərar icra olunması üçün prokurorluğa göndəriləcək.

“QARDAŞIMIN TOYUNDA İŞTİRAK EDİBLƏR”

Vüsal Ələkbərov ittihamları qəbul etmir. O, son sözündə deyib ki, hazırda onun işində zərərçəkmiş kimi tanınan şəxslər haqqında qəbul elədiyi qərarlar qanuni olub. Sadəcə, həmin şəxslər MTN-in düşdüyü vəziyyətdən sui-istifadə edib, yalan ittihamlar səsləndirirlər:

“Onların həbsi barədə qanuni məhkəmə qərarları da qəbul edilib. İndi MTN ətrafında yaranmış vəziyyətdən istifadə edib mənə böhtan atırlar. Mən Hüseyn Səfərov və Nizami Kazımovdan həbsdən azad olunmaları üçün nə pul istəmişəm, nə də pul almışam.

 

Onlardan həmin cinayət işlərində zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün pul alınıb. Həmin pullar da zərərçəkmişlərə verilib. Hüseyn Səfərovun mənə hədiyyə etdiyi bahalı telefonu isə bir gün sonra onun özünə qaytarmışam. Onun mənə bağışladığı ov tüfəngi də istifadəyə yararsız olub, atmışam. O tüfəngi hədə-qorxu ilə ondan almağım haqda ittiham da absurddur. Hüseyn Səfərov və Nizami Kazımov həbsdən azad olunandan sonra qardaşımın toyunda iştirak ediblər. Yaxşı ki, istintaq orqanı onları hədə-qorxu yolu ilə toya gətizdirməyim barədə ittiham verməyib”.

XATIRLATMA

V. Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

 

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi də həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Azadliq radiosu

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s