Xüsusi xidmət orqanları agentlər işə necə cəlb edir?


Xüsusi xidmət orqanlarının fəaliyyəti hər zaman yüksək diqqət cəlb edib. Amma buna baxmayaraq, ictimaiyyətdə bu sahənin fəaliyyəti barədə çox az məlumat var. Məxfi fəaliyyətin uğurla həyata keçirilməsi üçün zəruri olan əsas vəzifələrdən biri çoxşaxəli və yaxşı gizlədilən şəbəkə agenturası və yeni agentlərin cəlbidir.

520764_430145

Agentin işə cəlbi – xüsuxi xidməti maraqlandıran şəxsləri  müəyyən kəşfiyyat xarakteli məsələlərdə əməkdaşlığa cəlb etmək üçün operativ tədbirlərdən ibarət kompleksdir.

Müxtəlif ölkələrin xüsusi xidmət orqanları bu istiqamətdə demək olar ki, işlərini eyni şəkildə qurublar. Bu, çox ağır, gizli və təhlükəli işdir. Biz gündəlik həyatımızda agentin işə cəlbinin müxtəlif nümunələrini müşahidə edə bilərik. Müasir marketinqdə mal satışı da bu cür həyata keçirilir: maraq yaradaraq, sonradan bu marağı təmin etmək, hətta bu sizin üçün o qədər önəmli olmasa belə. Həmin prinsip agentlərin ələ alınmasında daha yüksək psixoloji səviyyədə tətbiq olunur. Kəşfiyyatçı üçün öz şəbəkəsinə agent cəlb etmək isə ekstra-sinfi işidir.

Agentlər cəlb mərhələləri

Agentlərin ələ alınması prosesi əsasən bir neçə mərhələyə bölünür. İlkin olaraq agentlik ələ alınması yönündə hazırlıq prosesi başlayır. Bu mərhələdə işi həyata keçirəcək şəxslərin dairəsi müəyyənləşdirilir və potensial agent barədə kəşfiyyat xarakterli məlumatlar toplanır. Seçilmiş peşəkar mütəxəssislər tərəfindən obyektin diqqətlə öyrənilməsi həyata keçirilir. Sonra bu qrup xüsusi xidmət orqanları ilə əməkdaşlıq üçün hazırlanan şəxslərin namizədliyi barədə müzakirələr aparırlar. Növbəti mərhələ isə namizədliyi müəyyənləşdirilən şəxs barədə daha geniş məlumatın toplanmasıdır. Obyektin xarakterinin bütün müsbət və mənfi cəhətləri öyrənilir, onu nüfuzdan salacaq materiallar toplanır, siyasi baxışları, dini əqidəsi müşahidə olunur. Dəqiqliklə bütün məlumatlar toplandıqdan sonra obyektin psixoloji portreti yaradılır, onun daxili və xarici amili qiymətləndirilir, sonra xüsusi xidmət orqanlarının digər mütəxəssisləri işə cəlb olunur və namizəd barədə addımların atılması üçün tam mənzərə rəhbərliyin müzakirəsinə verilir və məsələyə müsbət cavab verildiyi halda, birgə fəaliyyət planı ilə yeni agent cəlbinə başlanılır.

Namizədlə xüsusi xidmət orqanlarının əməkdaşları toplanan məlumat əsasında işləyirlər. Bütün əlavə zəruri məlumatlar obyektin yaxın ətrafından toplanır və zahiri müşahidə aparılır. Bütün bu tədbirlər obyektə hansı motiv vasitəsilə təsir göstərməyə hesablanır. Bundan sonra potensial namizədin ələ alınmasının taktikası müəyyənləşdirilir, yaranmış və ya yaradılmış vəziyyətdən istifadə edilərək şəxsi və məişət problemləri həll olunur, ehtiyacları ödənir.

Agentin ələ alınmasının əsasları

Agentlərin toplanması bir neçə əsas ideya əsasında həyata keçirilir:
– Siyasi ideya;
– Gözdən salma;
– Maddi – məişət;
– Mənəvi – psixoloji.

Agentin ələ alınması siyasi ideyanın bazası əsasında aparılır ki, bu da agentlə xüsusi xidmət orqanı arasında sıx əlaqə yaradır. Bu üsul ölkədə siyasi vəziyyətin gərginləşdiyi, millətçilik və dini inancların sıxışdırılması zamanı xüsusilə səmərəlidir. İdeya naminə hər cür fədakarlığa hazır agentlər çox qiymətli və sadiq hesab olunurlar.

Kompramat məlumatlarla ələ alınan agentlər də kifayət qədərdir. Potensial namizədin dosyesinin öyrənilməsi zamanı xüsusi xidmət orqanlarının mütəxəssisləri hədəflərini gözdən salacaq cinsi həyat materialları (homoseksualizm, sevgi əlaqəsi, yetkinlik yaşına çatmayanlarla cinsi əlaqə) tapa bilərlər. Bu materiallar vasitəsiylə “qarmağa keçirilən” agentlər xüsusi xidmət orqanları üçün səmərəli və uzun müddət çalışırlar.
Xarici ölkələrin bəzi xüsusi xidmət orqanları isə agentura şəbəkəsinə cəlb edilən şəxslər və onun yaxın qohumlarının həyatına real təhlükə yaratmaqla özlərinə tabe edirlər.

Agentin ələ alınması üçün ən sadə və anlaqlı üsullardan biri isə maddi yardımdır. Pul ən yaxşı stimuldur. Yardımın miqdarından asılı olaraq namizədi tamamilə ələ almaq və fəaliyyətini stimullaşdırmaq olar.

Ən idarəolunmaz isə mənəvi-psixoloji cəhətdən ələ alınmış casusdur. Xasiyyət özəllikləri (xəsislik, intiqam  və s) güclü agentliyin yaranmasında zəif bir fundamentdir. Əlbəttə ki, bu mənbələr arasında sərhəd müşahidə olunmur. Və ələ alınmış casus bir platformaya əsasən digər platformanın fikirlərinə tabe ola bilər. Və həmçinin ələ almaqda ən önəmli aspekt maddi ödənişdir.

Bir cox ölkələrin bəzi xüsusi xidmət orqanları isə agentura şəbəkəsinə cəlb edilən şəxslər və onun yaxın qohumlarının həyatına real təhlükə yaratmaqla özlərinə tabe edirlər.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s